İnstaqram uşaqları qorumaq üçün yeni qaydalar tətbiq edəcək

İnstaqram uşaqları qorumaq üçün yeni qaydalar tətbiq edəcək İnstaqram sosial mediadan istifadə edən uşaqları qorumaq üçün yeni qaydalar tətbiq edəcək.
Yetkin yaşda olan istifadəçilər onlara abunə olmayan 18 yaşadək uşaqlara şəxsi mesaj göndərə bilməyəcəklər. Tətbiqetmədə həmçinin, uşaqlara mesajlaşdıqları şəxsin çox sayda azyaşlını izləməyə alması ilə bağlı “potensial şübhəli davranışlar” haqqında bildirişlər göndəriləcək. Yeni qaydalar artıq bu aydan etibarən bir neçə ölkədə qüvvəyə minəcək, gələcəkdə isə bütün dövlətlərdə tətbiq olunacaq.
Şirkət ayrıca qeyd edib ki, yeni istifadəçilərdən qeydiyyatdan keçərkən yaşlarını göstərmələri istənilsə, 13 yaşınadək şəxslərin bu xidmətdən istifadəsi qadağan olunsa da, bəziləri səhv doğum tarixini göstərir. İstifadəçilərin yaşını təyin etmək üçün İnstaqram süni intellektə əsaslanan yeni bir texnologiya hazırlayır.

Tehsil-press.az


Oxşar xəbərlər