Türkiyədə keçirilən beynəlxalq simpoziumda “Gürcüstanda Azərbaycan Türk Məktəbləri” mövzusunda məruzə oxunub

Türkiyədə keçirilən beynəlxalq simpoziumda “Gürcüstanda Azərbaycan Türk Məktəbləri” mövzusunda məruzə oxunub Türkiyənin Ərzincan vilayətində keçirilən beynəlxalq türk dünyası simpoziumunda “Gürcüstanda Azərbaycan Türk Məktəbləri” mövzusunda məruzə oxunub.
Türkiyənin ali təhsil müəssisələrində müəllimlik fəaliyyətini davam etdirən əslən gürcüstanlı Gülnarə Qocayeva Məmmədli tərəfindən mövzuya dair edilən təqdimatda Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli təhsil müəssisələri barədə geniş məlumat verilib.
Bildirilib ki, Gürcüstanda Azərbaycan dilində kitablar, qəzetlər, jurnallar nəşr edilir, radio proqramları yayımlanır. Demək olar ki, həmvətənlərimizin yaşadığı hər bölgədə Azərbaycan dilində təhsil verilir.
Cari ilin statistikasına əsasən, Gürcüstanda Azərbaycan dilində təhsil verən ümumilikdə 114 məktəb fəaliyyət göstərir, bir neçə gürcü məktəblərində Azərbaycan dilində dərslər keçirilir. Böyük əksəriyyətində şagird sayı 300-dən artıq olan bu məktəblərdən ikisi paytaxt Tiflisdədir. 2022-2023-cü təlim-tədris ili üçün Gürcüstandakı Azərbaycan dilli məktəblərə ümumilikdə 3567 şagird birinci sinfə başlayıb. Bu məktəbləri bitirənlər arasında Türkiyənin bir çox ali təhsil müəssisələrinə daxil olanlar da var.
Gürcüstanda Azərbaycan dilində tədrisin əsaslarının XIX əsrin ortalarında qoyulduğunu deyən məruzəçi bu təhsil müəssisələrindən ən qədiminin Tiflis Şəhər məktəbi olduğunu qeyd edib. Bildirilib ki, əsası 1847-ci il qoyulan bu məktəbdə hələ 1816-cı ildə Azərbaycan dilində dərslər verilməyə başlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər