Görkəmli ədəbiyyatşünas Məmmədağa Sultanovun məktublarının surəti Əlyazmalar İnstitutuna hədiyyə olunub

Görkəmli ədəbiyyatşünas Məmmədağa Sultanovun məktublarının surəti Əlyazmalar İnstitutuna hədiyyə olunub Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Nurəddin Ədiloğlu AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.
O, Əlyazmalar İnstitutunun ilk direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, görkəmli ədəbiyyatşünas, şair, tərcüməçi, filologiya elmləri namizədi Məmmədağa Sultanovun ona ünvanlanan məktublarının surətini alimin institutda mövcud olan fonduna daxil edilməsi üçün sözügedən elmi-tədqiqat müəssisəsinə bağışlayıb.
Məmmədağa Sultanovla bağlı xatirələrini paylaşan qonaq müəllifi olduğu “Qaçaq Mozu Yezid İzzət (roman içində roman)” kitabını da institutun kitabxanasına hədiyyə edib. Bildirib ki, bu əsərdə ilk dəfə Məmmədağa Sultanovun bədii obrazı yaradılıb.
Nurəddin Ədiloğlu institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Esmira Cavadova və elmi katib Əzizağa Nəcəfzadə ilə görüşüb, gələcək fəaliyyət planına dair birgə müzakirə aparıblar.

Tehsil-press.az


Oxşar xəbərlər