Əlyazmalar İnstitutu ilə İraqdakı əlyazma mərkəzləri arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub

Əlyazmalar İnstitutu ilə İraqdakı əlyazma mərkəzləri arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub İraqın Azərbaycandakı səfirliyinin Mədəniyyət bölməsinin birinci katibi, doktor Hudayfa Mahmud Ziad AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.
Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli ilə görüşdə İraq Respublikasında fəaliyyət göstərən əlyazma mərkəzləri ilə əlaqələrin perspektivləri müzakirə olunub.
Qonağa institutda mühafizə olunan ərəbdilli əlyazmalar haqqında ətraflı məlumat verilib. Hudayfa Mahmud Ziad Ekspozisiya zalında nümayiş edilən nadir eksponatlarla tanış olub. Sonda qonaq Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb.
Görüşdə institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov da iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər