
Bu barədə NTV məlumat yayıb. Türkiyə lideri Yıldırımla Ayrımın səhhəti ilə maraqlanıb, onlara şəfa diləklərini çatdırıb. Ərdoğanı səhiyyə naziri Fahrettin Koca müşayiət edib.
Qeyd edək ki, Azərbaycanda yol qəzasına düşən Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Cəbrayıldan qayıdarkən yol qəzasına düşüblər.
Tehsil-press.az