
Çingiz Abdullayevi müdafiə edərkən jurnalistlərin ünvanına daha ağır ifadələr işlədən Rəşad Məcid aparılan tənqidi müzakirələrin fonunda üçüncü açıqlamasını vermək məcburiyyətində qalıb. O, feysbuk hesabında baş verənlərlə bağlı paylaşım edərək yaranmış vəziyyətə görə növbəti dəfə bəzi sayt əməkdaşlarını ittiham edib:
“Mənim statusum Baku.tv-nin məşhur sualı ilə bağlı deyil. Mən Günel Musanın (jurnalist – red.) gecə yarısı yazdığı suala qurultaydakı bəzi sayt əməkdaşlarının davranışına münasibət bildirib dostyana, qısa cavab yazmışam ki, səhər geniş münasibət bildirəcəyəm. Heç onu xəbərə çevirəcəyini də düşünməmişəm. Burda Günelin və “bakupost.az”ın davranışını da etik saymıram. Səhər isə geniş münasibətimi bildirmişəm. Bu status “Abzas.net” adlı saytın əməkdaşının davranışına münasibətdir. Qurultayda da saytın Şəmistan adlı əməkdaşına qəzəbli etirazımı bildirmişəm.
Çingiz Abdullayev verilən sualı isə mənə də vermişdilər, sakit cavablandırmışam”.
Tehsil-press.az