UNEC-də tədbir: Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması

UNEC-də tədbir: Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin həyata keçirdiyi layihənin təqdimatı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin və Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilib.
Tədbirdə “Dialoq və İnkişaf Naminə” İB-nin (DİNİB) idarə heyətinin üzvü Günay Hacıyeva layihə barədə məlumat verib.
Sonra “Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışıb. Milli dövlətçilik və milli-mənəvi dəyərlərin vacibliyindən söz açan Ç.Bayramov xalqımızın bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bildiyini diqqətə çatdırıb.
Tədbirdə Humanitar fənlər kafedrasının dosenti Telman Niftaliyev, DİNİB-nin İdarə Heyətinin üzvü Vidadi Məmmədov, İqtisadi Araşdırmalar və Təhlil Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov, “Şirvan” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Aydın İsmayılov çıxış ediblər.
Çıxışlarda gənclərin milli-mənəvi dəyərlərinin inkişafının, milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinin, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışılıb.

Tehsil-press.az



Oxşar xəbərlər