Rusiyada zəlzələ baş verdi

Rusiyada zəlzələ baş verdi Kamçatka diyarında 4,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 207 kilometr məsafədə qeydə alınıb.

Zəlzələnin episentri 41,6 kilometr dərinlikdə yerləşib.

Tehsil-press.az

Oxşar xəbərlər