Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu Ukraynada davam edən müharibədə daha bir azərbaycanlı döyüşçü həlak olub.
Bu barədə həlak olan hərbçinin atasının dostu iqtisadçı Zöhrab İsmayıl məlumat yayıb.
O bildirib ki, 32 yaşlı soydaşımız polkovnik-leytenant Samir Atəşli oğlu Rüstəmov apreldə Xarkova gedib.
“Xarkova gedəndə Atəşliyə dedim ki, bəlkə Dneprə-filan gedəsən, bura çox təhlükəlidir. Qayıtdı ki, uşaqları qoyub hara gedim? Samirin həlak olması xəbərinə çox üzüldüm...”.
Samir Rüstəmovun atası əslən Zəngilan rayonundan, anası isə ukraynalıdır. Subay idi. Samir Rüstəmov bu gün Xarkov şəhərində dəfn olunub.
Qeyd edək ki, Samirin qardaşı da hərbçidir.

Tehsil-press.az

Oxşar xəbərlər