
Tədbirdə müsabiqənin təşkilatçıları, ekspert, həmçinin hakatonda yarışacaq komandalar iştirak ediblər. Komandalara hakaton barədə məlumat verilib, daha sonra videotəqdimat nümayiş olunub. “ActInSpace Azərbaycan”ın ekspertlərindən biri, UFAZ-ın kompüter elmləri üzrə professoru Samer El Zant startap layihələrinin mahiyyəti və mənası, hakatonda mentorların rolu haqqında təqdimatla çıxış edib.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, UFAZ noyabrın 18-dən 19-dək üçüncü dəfə “ActInSpace” beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək. Artıq müxtəlif universitetlərdən 150-dən artıq tələbə və 32 komanda yarışmada iştirak etmək üçün qeydiyyatdan keçib. Qalib komanda fevral ayında Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.
Tehsil-press.az