UFAZ-a yeni qəbul olunmuş bakalavr tələbələrinin nəzərinə

UFAZ-a yeni qəbul olunmuş bakalavr tələbələrinin nəzərinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bu il tələbə adını qazanmış abituriyentlər üçün elektron poçt hesabları yaradılıb.
Bu barədə abituriyentlərin UFAZ-da qeydiyyatdan keçərkən göstərdiyi elektron ünvanlarına məlumat göndərilib.
Azərbaycan-Fransız Universitetinə qəbul olmuş gənclərə şəxsi elektron poçt ünvanlarını yoxlamaq və bundan sonra [email protected] ünvanından istifadə etmək tövsiyə olunur. Azərbaycan-Fransız Universiteti tərəfindən bütün məlumatlar və universitetlə olan bütün yazışmalar tələbə adına açılmış elektron poçt ünvanına göndəriləcək.

Tehsil-press.az




Oxşar xəbərlər