“Bilim Bakı” Mərkəzinin rəhbəri AzTU-da “Teknofest-2023”lə bağlı infosessiya keçirib

“Bilim Bakı” Mərkəzinin rəhbəri AzTU-da “Teknofest-2023”lə bağlı infosessiya keçirib Azərbaycan Texniki Universitetində (AzTU) "Bilim Bakı” Mərkəzinin rəhbəri Yusuf Polatın iştirakı ilə "Teknofest-2023" festivalı ilə bağlı infosessiya keçirilib.
Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli universitetin tələbələrinin "Teknofestd"də iştiraka xüsusi önəm verdiyini deyib. Bu ilin mayında ölkəmizdə keçirilən "Teknofest Azərbaycan" festivalına universitetin 20 komandasının qatıldığını deyən prorektor onlardan 6-sının finala yüksəldiyini və 2-sinin qalib olduğunu bildirib. N.Yusifbəyli tələbələrin növbəti "Teknofest" festivallarında da həvəslə iştirak etməyə dəvət edib.
Daha sonra "Bilim Bakı" mərkəzinin rəhbəri Yusuf Polat çıxış edib. O, tələbələrə "Teknofest-2023" haqqında məlumat verib, həmçinin gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, bu il Türkiyənin İstanbul, İzmir və Ankara şəhərlərində keçiriləcək "Teknofest-2023" festivalına qeydiyyat noyabrın 20-də yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər