
Bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi öz tvitter hesabında paylaşıb.
"Bu gün saat 11:00-11:30 arası Türkiyə Hava Qüvvələrinə məxsus təyyarələr Azərbaycan Hava Qüvvələrinə aid MiG-29 təyyarələri ilə İstanbul Boğazı üzərində salamlama uçuşu həyata keçirəcəklər", - deyə məlumatda qeyd olunub.
***
Azərbaycan və Türkiyə Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçirib.
Uçuşlar Aviasiya, Kosmik və Texnologiya Festivalı (TEKNOFEST) çərçivəsində keçirilib. Qeyd edək ki, "TEKNOFEST-2021" festivalı 21-26 sentyabr tarixlərində İstanbulda baş tutacaq.
Tehsil-press.az