
İcraçı direktor fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin sədrliyi ilə keçirilən iclasda İnteqrativ fəaliyyətin molekulyar əsasları və Ekotoksikologiya laboratoriyalarının elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.
Laboratoriya rəhbərləri və əməkdaşlar cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında məlumat veriblər. Hesabatlarla bağlı geniş müzakirələr aparılıb, təkliflər dinlənilib.
Tehsil-press.az