
Bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində söyləyib. E.Əmrullayev işğaldan azad olunmuş ərazilərdə hazırda bərpa-quruculuq işlərinin davam etdirildiyini və müasir standartlara uyğun məktəblərin tikildiyini söyləyib. Nazir Şuşa, Laçın, Füzuli, Suqovuşan qəsəbəsi, Cəbrayıl, Zəngilan və Kəlbəcərdə tikiləcək və istifadəyə veriləcək məktəblər, layihələndirmə işləri haqqında məlumatları diqqətə çatdırıb.
Tehsil-press.az