“Pakistan hər zaman bizimlə olub” - İlham Əliyev

“Pakistan hər zaman bizimlə olub” - İlham Əliyev “İstər işğal dövründə, istərsə də müharibə zamanı Pakistan hər zaman bizimlə olub”.
Bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
“Mən son bir neçə ay ərzində Pakistanın Baş naziri Cənab Şahbaz Şəriflə iki dəfə görüşmüşəm. Biz ikitərəfli əlaqələrimizin gündəliyini geniş şəkildə müzakirə etmişik. Bu, dostluq və qardaşlıq gündəliyidir. Biz Azərbaycanla Ermənistan arasındakı əlaqələrlə bağlı nümayiş etdirdiyi davamlı dəstəyə görə Pakistana çox minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz, həmçinin Baş nazirlə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi yollarını müzakirə etdik və sizin qeyd etdiyiniz qərar, Pakistandan gətirilən düyü üçün xüsusi qaydalar bunu əks etdirir. Çünki biz bu addımı qarşılıqlı ticarət artımını stimullaşdırmaq üçün atmağa qərar verdik və Baş nazir Şahbaz Şəriflə müzakirə etdiyimiz kimi, biz bir-birimizi hansı növ məhsullarla təmin edə biləcəyimizi nəzərdən keçirməliyik. Əgər qardaş ölkədə yüksəkkeyfiyyətli düyü varsa, niyə biz düyünü başqa yerdən almalıyıq. Beləliklə, bu qərar açıq-aydın bizim qardaşlıq əlaqələrimizə əsaslanıb”,-deyə ölkə başçısı qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər