
38 yaşlı sosial media fenomeni Juliana Nehme bilet alsa da, təyyarəyə buraxılmayıb.
Ona oturacaq üçün çox böyük olduğu deyilib. Bu səbəbdən ayrı-seçkiliyə məruz qaldığını iddia edən fenomen instaqram hesabında yaşadıqlarını paylaşıb.
“Çəkimə görə ayrı-seçkiliyə məruz qaldım, baş verənlər mənim üçün kabusdur”,-deyə fenomen bildirib.
Səyahət hüququ rədd edilən sosial media fenomeninə minlərlə dəstək mesajı yağıb.
Tehsil-press.az