
TUBİTAK-ın baş ofisində keçirilən görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, elm və təhsilin inteqrasiyası, akademik mobillik proqramlarının həyata keçirilməsi, universitet-sənaye iş birliyinin inkişafı və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, birgə fəaliyyət planının hazırlanmasına qərar verilib.
Elnur Nəsibov Türkiyənin Milli Təhsil Fondunun İdarə Heyətinin sədri Mehmet Temel və eyni qurumun baş direktoru Funda Kahramanla da görüşüb. Görüşdə hər iki fond arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tehsil-press.az