
Həm onlayn, həm də oflayn formatda təşkil olunan tədbirdə, həmçinin Yunanıstanın Qərbi Makedoniya Universitetinin rektoru professor Theodoros Theodoulidis, “Azərişıq” ASC-nin Təhsil və innovasiya mərkəzinin rəhbəri Fərid Zalıyev, SOCAR və BP-nin əməkdaşları, Avropa Komissiyasının təhsil və tədqiqat, enerji və kibertəhlükəsizlik istiqamətində nümayəndələri dünyada və Azərbaycanda enerji təhlükəsizliyi və effektiv enerji siyasəti mövzusunda çıxış ediblər. Eyni zamanda, yeni rəqəmsal texnologiyaların tətbiqi və istifadə qaydaları, bu istiqamətdə müasir laboratoriyaların qurulması, “HORIZON” proqramı çərçivəsində növbəti işçi görüşlərin keçirilməsi ilə bağlı mühazirələr oxunub, müzakirələr aparılıb.
Tehsil-press.az