Yunanıstanın Qərbi Makedoniya Universitetinin professoru UNEC-də mühazirə deyib

Yunanıstanın Qərbi Makedoniya Universitetinin professoru UNEC-də mühazirə deyib Yunanıstanın Qərbi Makedoniya Universitetinin professoru Evangelos Siskos “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Rektor Ədalət Muradovla keçirilən görüşdə Azərbaycan Dövlət İqtisad və Qərbi Makedoniya universitetlərinin reallaşdırdığı birgə magistr proqramı, eləcə də əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Professor Evangelos Siskos UNEC-in Rus İqtisad Məktəbinin professor-müəllim heyəti ilə də görüşüb. Həmçinin müəllim və tələbələr qarşısında “Yunanıstan iqtisadiyyatının inkişafında Avropa İttifaqının rolu: təcrübə və dərslər” mövzusunda çıxış edib. Alim dünya enerji bazarlarında baş verən yeni tendensiyaların Yunanıstanın enerji sektoruna təsirindən, Yunanıstanın Avropa İttifaqının enerji siyasətinin həyata keçirilməsindəki yeri və rolundan danışıb. Xüsusi olaraq, enerji sahəsində Azərbaycan-Yunanıstan əməkdaşlığının imkanları vurğulanıb və bu əməkdaşlığın davam etdirilməsi yolları müzakirə olunub.
Məruzə kafedranın professor-müəllim heyəti və mühazirədə iştirak edən tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Tehsil-press.az



Oxşar xəbərlər