
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində "Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022" keçirilib.
Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalovun rəhbərliyi ilə Elektroenergetika ixtisası üzrə təhsil alan IV kurs tələbələri Xaliq Həsənzadə və Təvəkkül Nəcəfov "Smart tipli otbiçən" layihəsi ilə sərgi hissəsində iştirak ediblər.
Tələbələr festivalın innovativ sərgisində fəal iştiraklarına görə kubok və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Məlumat üçün onu da bildirək ki, festival 10 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunub.
Tehsil-press.az