Tələbələr “CanSat Azərbaycan 2023” müsabiqəsi barədə məlumatlandırılıb

Tələbələr “CanSat Azərbaycan 2023” müsabiqəsi barədə məlumatlandırılıb Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərkosmos” ASC tərəfindən “CanSat Azərbaycan 2023” müsabiqəsi ilə bağlı infosessiya keçirilib.
“Azərkosmos”un əməkdaşı Nigar Əliyeva tələbələri müsabiqənin keçirilməsi mərhələləri barədə ətraflı məlumatlandırıb. O, “CanSat Azərbaycan 2023” müsabiqəsinin ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılmasına, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdırılmasına və yerli kadrların yetişdirilməsinə yönəldiyini qeyd edib. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqların elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri biliklərin əldə olunub təcrübədə tətbiqi və təkmilləşdirilməsinə şərait yaradılacağı vurğulanıb.
Tədbirdə tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər