
Aytən Məmmədova ali təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən 200 manat məbləğində aylıq təqaüd alacaq.
Qeyd edək ki, seçim marketinq, biznes analitikası, data elmi, informasiya texnologiyaları, kibertəhlükəsizlik kimi istiqamətlərin dəyərləndirilməsi üzrə elan edilib. “Tələbə təqaüdü” proqramı yalnız maddi dəstəklə məhdudlaşmır. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edirlər.
Tehsil-press.az