BANM-in tələbəsinə “SOCAR-AQŞ” təqaüd ayırdı

BANM-in tələbəsinə “SOCAR-AQŞ” təqaüd ayırdı Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan V kurs tələbəsi  İbrahim Məmmədov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş tələbələr arasından seçilərək "SOCAR-AQŞ" şirkətinin Tələbə Təqaüdü proqramının 2016/2017-ci tədris ili üzrə təqaüdünü qazanıb. "SOCAR-AQŞ" şirkətinin nümayəndələri tərəfindən keçirilən müsahibədə uğur qazanan İbrahim Məmmədov bu tədris ili ərzində  şirkətin təqaüdünü alacaq.
Qeyd edək ki, Məmmədov İbrahim Vilayət oğlu 1995-ci ildə Tovuzda anadan olub. O, orta təhsilini Tovuzun Əlimərdanlı kəndindəki orta məktəbdə alıb. 2012-ci ildə 636 balla BANM-in “Neft qaz mühəndisliyi” ixtisasına daxil olub. İbrahim Məmmədov həmçinin BP-də yay məktəbində olub. 2015-ci ildə o, AZERCELL şirkəti tərəfindən tələbə təqaüdünə də layiq görülüb.
Xatırladaq ki, keçən il də "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Eltun Sadıqov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş beş tələbə arasından seçilərək "SOCAR-AQŞ" şirkətinin təqaüdünü qazanmışdı.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər