Bu ölkədə karantin də geri döndü, test öhdəliyi də

Bu ölkədə karantin də geri döndü, test öhdəliyi də “Çindən ölkəyə gələn bütün uçuşlarda Covid testləri aparılacaq. Testi müsbət çıxan sərnişinlər evdə, oteldə və ya xəstəxanada karantinə alınacaqlar”.
Bu barədə məlumatı İtaliya Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, buna səbəb Çindən gələn hər iki nəfərdən birinin testinin müsbət olması ilə əlaqədardır.
Belə ki, dekabrın 26-da Milana eniş edən iki Çin reysindəki 120 sərnişindən 62-sinin və digər təyyarədəki 92 sərnişindən 35-nin Covid nəticəsi pozitiv olub. Buna görə Milanda yeni xəstəlik dalğası ilə bağlı narahatlıq yaranıb.
İtaliyanın səhiyyə naziri Orazio Schillaci İtaliya əhalisini qorumaq üçün Çindən uçuşlar edən sərnişinlər üçün zəruri tədbirlər gördüyünü açıqlayıb. o, hətta Avropa Komissiyasına məktub yazaraq onları da oxşar təşəbbüslərə səsləyib.

Tehsil-press.az

Oxşar xəbərlər