
Forum çərçivəsində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun və bir çox rəsmilərin, alim və məzunların iştirakı ilə panellər keçirilib. Panellərdə çıxış edən məzunlar aldıqları təhsillə ölkələrinə qayıtdıqdan sonra əldə etdikləri nailiyyətlərdən danışıblar.
Magistratura və doktorantura təhsilini Türkiyədə almış E.Aslanov ölkə mediasına açıqlamasında deyib: “Azərbaycanlı tələbələrin qardaş Türkiyədə təhsil alması xüsusi bir fərqlilikdir. Biz burada təhsil almaqdan qürur duyuruq. Burada olduğum müddətdə müxtəlif ölkələrdən dostlar qazandım. Hamımız uğur qazanmışıq. Bu, Türkiyənin təhsil sisteminin çox uğurlu olduğunu göstərir. Türkiyədə doktorantura təhsilimi bitirdikdən sonra bir iş təklifi aldım. Amma mən öz ölkəmə getmək istəyirdim. Ölkəmizə xidmət bizim milli borcumuzdur”.
Tehsil-press.az