Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları yardım kampaniyasına qoşulub

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları yardım kampaniyasına qoşulub Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Türkiyədə baş verən zəlzələdən zərər çəkən insanlara kömək məqsədilə yardım kampaniyasına qoşulub.
Bu elmi müəssisədə keçirilən tədbirdə qardaş Türkiyədə baş verən zəlzələ zamanı həlak olanların xatirəsi anılıb.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov bildirib ki, Türkiyədə baş verən zəlzələ nəticəsində böyük dağıntıların, insan itkilərinin olması bizi çox sarsıtdı. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa diləyirik.
Azərbaycan Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.
Qeyd olunub ki, zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə institutun əməkdaşları öz əməkhaqlarından müəyyən qədər vəsait ayıracaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər