Mikrobiologiya İnstitutunun əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər

Mikrobiologiya İnstitutunun əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər AMEA-nın Mikrobiologiya İnstitutu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub.
İnstitutun alimləri bir aylıq əməkhaqlarının müəyyən hissəsini könüllü şəkildə fonda ianə ediblər.
Xatırladaq ki, institutun əməkdaşları koronavirusla mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə qoşulur, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə ciddi riayət edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər