BDU-da elmi seminar: Neftli çökmə süxurlarının kimyəvi və mineraloji tərkibi

BDU-da elmi seminar: Neftli çökmə süxurlarının kimyəvi və mineraloji tərkibi Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Məhsuldar qat çöküntülərində kimyəvi elementlərin paylaşmasının süxurların struktur-litoloji-mineraloji xüsusiyyətlərindən asılılığı” mövzusunda elmi seminar keçirilib. Seminarda Ümumi və tarixi geologiya kafedrasının dosenti Fərrux Həsənov Bulla-dəniz və başqa yataqların neftli çökmə süxurlarının kimyəvi və mineraloji tərkibi haqqında məruzə edib.
Bulla-dəniz yatağında böyük dərinliklərdə (6314 metrdən 6400 metrədək) süxurların kimyəvi və mineraloji tərkibi kəskin dəyişir. Bu intervalda kvars və çöl şpatının miqdarı kəskin azalır, lakin kalsit və barit minerallarının miqdarı artır. Bu kəsilişdə karbonatların əmələ gəlməsi yenidən kristallaşma ilə əlaqədar olub əsas proseslərdən biri kimi postsedimentasiyon dəyişməsi və polimorf kalsitin yaranmasına səbəb olur.

Tehsil-press.az

Oxşar xəbərlər