Bakı Dövlət Universitetində keçirilmiş növbəti elmi seminarda dəniz ekologiyasından danışılıb
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Ağır metallar və biogen elementlərin dənizdibi çöküntüləri - dib suları sistemində miqrasiya və mübadiləsinin kimyəvi və ekotoksikoloji qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarda Ekoloji kimya kafedrasının doktorantı Cəmil Quliyev mövzu ilə bağlı məruzə edib. Məruzədə dənizdibi çöküntüləri - dib suları sistemində ağır metalların miqrasiyası, o cümlədən ağır metalların və biogen elementlərin mübadiləsinin kimyəvi və ekotoksikoloji qiymətləndirilməsi məsələlərinə toxunulub.
Tehsil-press.az
- Baxış: 3606
Xəbərin tarixi: 26.02.2021 / 09:57
-
Oxşar xəbərlər