Memarlıq və İnşaat Universitetinin müəllimləri “2021 Design International” vebinarında iştirak ediblər

Memarlıq və İnşaat Universitetinin müəllimləri “2021 Design International” vebinarında iştirak ediblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn kafedrasının müəllim-tələbə heyəti “2021 Design International” silsilə vebinarında iştirak edib.
Martın 5-dən başlayan və sayta beşinci olan bu vebinar da digərləri kimi Milan Politexnik Universitetinin Dizayn fakültəsinin dekanı Silvia Piardi və Milandakı Tsinqua İnstitutunun dekan vəzifəsini icra edən İnqçun Janq tərəfindən təşkil olunub. Vebinarın mövzusu “Məhsul dizaynında inkişaf perspektivləri”, müəllifləri isə Lüsia Rampino, Françeska Mattioli, İnqrid Kalvo İvanoviç olub.
Qeyd edək ki, bu beynəlxalq vebinarlar 2017-ci ildən Milanda Franko Anceli Editore tərəfindən yaradılmış müasir dizayn tədqiqatlarının müxtəlif sahələrinə aid fikir və təcrübələri bölüşmək üçün bədii platformadır. Görüşlərdə yeni nəşr olunmuş və dizaynın müxtəlif sahələrinə aid 20-dən çox kitabın materialları əsasında 5 aktual mövzu seçilərək vebinar iştirakçılarının müzakirələrinə təqdim olunur, müəlliflər və bu sahələrin məşhur ekspertləri ilə fikir mübadilələri aparılır.
AzMİU-nun Dizayn kafedrasının müəllimləri, eləcə də tələbələr bu görüşlərdə fəal iştirak edərək təcrübələrini bölüşüb və müzakirə olunan mövzulara Azərbaycan prizmasından çıxış edərək öz münasibətlərini bildiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər