
Bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
A.Əliyev qeyd edib ki, Azərbaycan böyük dövlətlərlə mübarizə aparır: “Amma fakt odur ki, onlar Azərbaycanın, Prezident İlham Əliyevin ayağına gəlir. Cənab Prezident çox böyük uğur əldə edib, biz hələ də bu uğurun nəticələrini onu hiss edirik. Beynəlxalq tədbirlərə qatılanlar hansı çətinliklərlə üzləşdiyimizi bilirlər. Hələ də güclənməyimizi istəməyən qüvvələr var. Biz yolumuzla davam edirik, birliyimiz sayəsində daha da güclənəcəyik”.
Tehsil-press.az