“Keçmiş rəis maşınımı gülləbaran etdi, cəmi 1 il həbs verdilər”

“Keçmiş rəis maşınımı gülləbaran etdi, cəmi 1 il həbs verdilər” İş adamı Şirzad Quliyev keçmiş polis rəisi Rza Hacıyevin onu təhdid etdiyi üçün aldığı cəza müddətindən narazıdır.
Sabiq rəis onu ictimai yerdə avtomatla hədələyib, maşınını gülləbaran edib. Bununla belə Ali Məhkəmə Hacıyevə cəmi 1 il azadlıqdan məhrum etmə cəzası verib.
Xatırladaq ki, Rza Hacıyev Milli Qəhrəman Əlif Hacıyevin qardaşıdır. O, vaxtilə Neftçala və Sabunçu rayonlarının polis rəisi olub. 2021-ci il dekabrın 16-da Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan Şirzad Quliyevin “Lexus” markalı maşınına avtomatdan 9 dəfə atəş açıb. Buna görə barəsində cinayət işi başlanaraq həbs edilib.



Tehsil-press.az


Oxşar xəbərlər