
Hakim Faiq Qəniyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək C.Hacıyevin 17 il, D.Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilməsini, mülki iddiaların təmin olunmasını istəyib.
Xatırladaq ki, bundan öncəki məhkəmə işində C.Hacıyev 15 il, D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi sabiq deputatın cəzasını 3 ay azaldıb.
Murad Əhməd