Azərbaycan Dillər Universitetində Novruz şənliyi

Azərbaycan Dillər Universitetində Novruz şənliyi Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan tədbir keçirilib.
Tədbirdə xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib. Rektor Kamal Abdulla Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edib, onlara cansağlığı və işlərində uğurlar arzu edib.
Sonra müxtəlif kafedraların hazırladığı bayram süfrəsi, həmçinin dövlət atributlarının əks olunduğu stendlər nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər