Seçenov Universitetinin Azərbaycan klubu Novruz bayramı festivalında iştirak edib

Seçenov Universitetinin Azərbaycan klubu Novruz bayramı festivalında iştirak edib İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin (MQMU) Azərbaycan klubu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) dəstəyi ilə Novruz bayramına həsr olunmuş mədəniyyət festivalında iştirak edib.
Moskvadakı Biotibb Elm və Texnologiyalar Parkının Konqres Mərkəzində Novruz Bayramının qeyd olunmasına həsr olunmuş tədbir keçirilib.
Bayram tədbirinin təşkilatçısı qismində İ.M.Seçenov adına Birinci MQMU çıxış edib.
Tədbir çərçivəsində Novruzun rəsmi bayram kimi qəbul olunduğu müxtəlif ölkələrin nümayəndələri bu bayramla bağlı adət-ənənələri və özünəməxsus xüsusiyyətləri nümayiş etdiriblər.
Azərbaycan klubunun fəalları konsert proqramında təqdim edilən ənənəvi Azərbaycan rəqsi “Naz eləmə”nin iştirakçısı olublar.
Konsertdən sonra iştirakçı ölkələr, o cümlədən Azərbaycan tərəfindən paxlava, şəkərbura, qoğal kimi milli şirniyyat məmulatlarının dequstasiyası keçirilib. Tədbirdə həmçinin Azərbaycanın ənənəvi atributları da nümayiş olunub.

Tehsil-press.az



Oxşar xəbərlər