
Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin üzvləri Gürcüstan Daxili İşlər Nazirliyində (DİN) görüşlər keçirib.
Səfər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyi və Türkiyə Respublikası Milli Polisi nümayəndələrinin birgə komissiyasının səkkizinci iclası keçirilib.
Tədbirdə hər iki ölkənin hüquq-mühafizə orqanları arasındakı mövcud əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsi, terrorizm və mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı birgə mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.
Sonda yekun protokol imzalanıb.
Tehsil-press.az