“NATO regionda təhlükəsizliyin yeganə effektiv təminatına çevrilib”

“NATO regionda təhlükəsizliyin yeganə effektiv təminatına çevrilib” Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumu qarşısında NATO-nun regionda təhlükəsizliyin yeganə effektiv təminatına çevrildiyini bildirib.
Zelenski bu haqda sosial media hesabında açıqlama verib.
Finlandiyanı NATO-ya üzv olması münasibəti ilə təbrik edən Zelenski, “Rusiyanın təcavüzü qarşısında alyans regionda təhlükəsizliyin yeganə təsirli qarantına çevrilib”, - deyib.
Zelenski həmçinin NATO-nun 11-12 iyulda keçiriləcək Vilnüs sammitinin Ukraynanı Avro-Atlantik hədəfinə yaxınlaşdıracağına ümid etdiyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər