"Seçkidə qalib gələcəyinizə əminsinizmi?” sualına belə cavab verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün qonaq olduğu ortaq canlı yayımda KİV nümayəndələrinə verdiyi cavablar müzakirələrə səbəb olub.
Məşhur jurnalist, “CNN Türk” kanalında “Tərəfsiz bölgə” adlı proqramın aparıcısı Ahmet Hakan ilə Ərdoğanın dialoqu maraqla qarşılanıb. Belə ki, aparıcının “Seçkidə qalib gələcəyinizə əminsinizmi?” sualına Ərdoğan “Bu nə deməkdir? Mənim həmişə tezisim var. Meydanların dilini ən yaxşı bu yoxsul anlayır. Meydanların dili bizə deyir ki, get, xalq sənin arxanca addımlayacaq” cavabını verib.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-ü keçiriləcək. Ehtiyac yarandığı halda, ikinci tur mayın 28-də baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər