“Əhməd bəy Ağaoğlu və Türk dünyası” - elmi seminar

“Əhməd bəy Ağaoğlu və Türk dünyası” - elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Əhməd bəy Ağaoğlu və Türk dünyası” adlı elmi seminar keçirilib.
Seminarda BDU-nun Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Mirzəyev keşməkeşli ömür yolu keçmiş, Şuşanın maarifpərvər və mütərəqqi ziyalı mühitində böyümüş jurnalist-publisit Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı ilə bağlı əsas məqamları diqqətə çatdırıb. Onun 1909-cu ilin əvvəllərinədək “Kaspi”, “Həyat”, “İrşad” və “Tərəqqi” qəzetlərində yüzlərlə məqaləsinin dərc edildiyi vurğulanıb, görkəmli publisistin hərbi-siyasi təşkilat olan “Difai”nin qurucusu olduğu barədə məlumat verilib.
S.Mirzəyev qeyd edib ki, Əhməd bəy Ağaoğlu ömrünün son 30 ilini qardaş Türkiyədə yaşayıb. Bu müddətdə Mətbuat İnformasiya İdarəsində baş müdir, “Hakimiyyəti-milliyyə” qəzetinin redaktoru, Anadolu Agentliyində rəhbər olub. İkinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. Onun Türkiyədə müxtəlif illərdə 20-yə yaxın kitabı nəşr edilib.

Tehsil-press.az



Oxşar xəbərlər