Azərbaycan İlahiyyat İnstitutu Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçirəcək

Azərbaycan İlahiyyat İnstitutu Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçirəcək Sentyabrın 19-20-də Azərbaycan İlahiyyat İnstitutu “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfrans keçirəcək.
Konfrans Azərbaycan Respublikası Prezidentinin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinin keçirilməsi haqqında 2019-cu il 10 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil ediləcək.
Konfrans Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti, yaradıcılığında türkçülük ideologiyası, multikultural dəyərlərin tərənnümü, qadın azadlığı məsələləri, onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentində fəaliyyəti, Difai təşkilatının yaradılmasında, Türkiyənin ictimai-siyasi həyatında rolu barədə mövzuları əhatə edəcək. Bununla yanaşı, Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının tədqiqi məsələləri müzakirə olunacaq.
İştirak etmək istəyənlər məqalələrini avqustun 31-dək [email protected][email protected] elektron poçt ünvanlarına göndərə bilərlər.
Konfransın materialları kitab şəklində çap olunacaq.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər