“Şərqi-rus” qəzetinin 120 illiyinə həsr olunmuş elmi seminar

“Şərqi-rus” qəzetinin 120 illiyinə həsr olunmuş elmi seminar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi tarix kafedrası və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Şərqi-rus” qəzetinin 120 illiyinə həsr olunmuş elmi seminar keçirilib.
ADPU-nun müəllim və tələbələrinin, muzey əməkdaşlarının iştirak etdikləri seminarda Milli Azərbaycan Tarixi Muzeyinin dosenti Əli Fərhadov “Məhəmməd Şahtaxtlının yaradıcılığında milli-dini məsələlər” mövzusunda məruzə ilə çıxış edib.
Ə.Fərhadov fotoslayd vasitəsilə “Şərqi-rus” qəzeti, Məhəmməd Şahtaxtlının həyat və yaradıcılığı, onun milli, dini və dünyəvi maarifçilikdə rolu, Əhməd bəy Ağaoğlu və digər ziyalılarla əlaqələri haqqında ətraflı məlumat verib.

Tehsil-press.az




Oxşar xəbərlər