Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsində Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev mövzu ilə bağlı məruzə edib. Q.Paşayev Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ilə bağlı həyata keçirilən tədbirləri tarixi xronologiya əsasında elmi-nəzəri baxımdan şərh edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən milli mədəniyyətimiz, adət-ənənələrimiz, ədəbiyyatımız, ana dilimizin hamisi kimi bu sahələrin inkişafına xüsusi önəm verib. Ulu Öndər ədəbiyyata, mədəniyyətə türk xalqlarının birliyini şərtləndirən ən mühüm amil kimi yanaşıb.
Məruzədə Ümummilli Liderin azərbaycançılıq ideologiyasının formalaşmasında rolu, türk xalqlarının ortaq dəyəri olan folklor nümunələrinin, eposlarımızın təbliğinə, Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən şair və yazıçıların yubileylərinin keçirilməsinə göstərdiyi diqqət vurğulanıb.
Q.Paşayev Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi xidmətlərindən bəhs edib: “Keçən əsrin 70-ci illərindən bu günə kimi inkişafımızı iki mərhələyə ayırmaq olar: Heydər Əliyev epoxası; İlham Əliyev epoxası. Qürurvericidir ki, həmin epoxanın ən şanlı səhifələri bu gün bütün sahələrdə, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində də yazılır. Həm də bu səhifələrin ən parlaq nümunələri azad Qarabağımızda, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada yazılır”.

Tehsil-press.az



Oxşar xəbərlər