ADPU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş olimpiadaların yekun turuna start verilib

ADPU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş olimpiadaların yekun turuna start verilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş olimpiadaların açılış mərasimi keçirilib.
Olimpiadalarda riyaziyyat, informatika, fizika, kimya və biologiya elm sahələri üzrə I turda yüksək nəticə göstərmiş 44 tələbə iştirak edib.
Mərasimdə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirib ki, universitetdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Qeyd edilib ki, universitetdə bu olimpiadalar artıq dördüncü ildir təşkil olunur.
Prorektor vurğulayıb ki, tələbələr arasında olimpiada hərəkatının geniş vüsət alması olduqca önəmlidir. Universitet olimpiadalarında uğur qazanan gənclər növbəti mərhələdə respublika və dünya olimpiadalarında iştirak edirlər.
Qeyd olunub ki, mayın 22-də Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və ingilis dili üzrə olimpiadalar, təsviri-incəsənət üzrə isə müsabiqə keçiriləcək. Nəticələr elm sahələri üzrə tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və hər bir elm sahəsi üzrə I, II, III yerləri tutan tələbələr mükafatlandırılacaq.
Sonra Elmi-təşkilati şöbənin müdiri professor İbrahim Bayramov olimpiadanın təşkili qaydaları haqqında məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər