ADPU-nun tələbələri olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıblar

ADPU-nun tələbələri olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıblar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, riyaziyyat, informatika, fizika, kimya, biologiya, psixologiya üzrə olimpiadaların və təsviri incəsənət, musiqi üzrə müsabiqələrin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, prorektorlar, fakültə dekanları, struktur bölmə rəhbərləri və olimpiada və müsabiqələrin qalibləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rektor Cəfər Cəfərov tədbir iştirakçılarını və tələbələri salamlayaraq olimpiada və müsabiqələrdə böyük uğur qazanmış tələbələri təbrik edib, onlara yeni uğurlar arzulayıb. Rektor bildirib ki, rəqabət mühitinin yaradılması tələbələrin daha çox öz üzərlərində çalışmalarına, bilik və bacarıqlarının yüksəlməsinə və bir sözlə, təhsildə və elmdə irəliləmələrinə motivasiya yaradır, həmçinin də stimullaşdırır. Bu gün uğur qazanan hər bir tələbə gələcəkdə böyük qürur hissi ilə keçmiş uğurlarından öz yetirmələrinə, övladlarına danışacaq. Biz artıq universitetdə bir çox istiqamətlər üzrə tələbələrimizi fəallığa, dərin araşdırmaya, gərgin çalışmaya həvəsləndiririk. Bilirsiniz ki, artıq Pedaqoji Universitetdə adlı təqaüdər təsis edilib və cari ildən bu ada layiq görülən tələbələr dövlətin verdiyi təqaüddən əlavə universitetin təsis etdiyi adlı təqaüdləri də alacaqlar. Pedaqoji Universitetin tələbələri bir çox müsabiqə və layihələrdə də həmişə yüksək nəticələr göstərərək universitetimizin adını ucaldırlar. Mayın 25-də Bakı Konqres Mərkəzində təşkil edilən “Enactus Azərbaycan” yarışmasında universitetimizin “Enactus” komandasının Azərbaycanın 14 güclü komandası arasından finala yüksələrək 4-cü yerə layiq görülməsi bizim üçün böyük uğurdur. Bir neçə gün öncə universitetimizdə baş tutan “Startap Azərbaycan” müsabiqəsi çərçivəsində tələbələrimizin böyük yarışma mədəniyyətinin, biznes ideyaları vermək qabiliyyətlərinin, layihə təqdim etmək bacarıqlarının şahidi olduq. Həmin tələbələr universitetimizin minlərlə tələbəsi arasından fərqlənərək irəli çıxmağı bacarıblar və buna görə də qiymətli hədiyyələrlə, diplom və sertifikatlarla təltif olunublar, - deyə professor Cəfər Cəfərov bildirib.
Rektor Cəfər Cəfərov çıxışında ADPU-da olimpiada və müsabiqələrin son üç ildə hər il keçirilməsinə böyük önəm verib və bunun vacibliyindən danışıb. Qeyd edib ki, olimpiadalar tələbələrin fəallığını artırır, elmə marağını dərinləşdirir, bu isə müasir dövrdə tələbə hazırlığına, kadr yetişdirilməsinə böyük köməkdir.
Rektor olimpiada və müsabiqə qaliblərini, qalibləri yetişdirən, hazırlayan professor-müəllim heyətini təbrik etdikdən sonra sözü Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanova verib.
Professor Asəf Zamanov ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş iki turdan ibarət olimpiada və müsabiqələrin təşkil edilməsindən, keçirilmə və qiymətləndirmə forması haqqında məlumat verərək, qaliblərə istiqamətlər üzrə I, II və III dərəcəli diplom və hədiyyələrin təqdim olunacağını bildirib.
Qeyd edib ki, ümumilikdə olimpiada və müsabiqələrdə ADPU üzrə iştirak edən 1364 nəfər tələbədən 85 nəfər tələbə ikinci turda iştirak etmək hüququ qazanıb və onlardan 30 nəfər tələbə 1-ci, 2-ci və 3-cü yer nominasiyaları üzrə qalib gəliblər. Professor A.Zamanov vurğulayıb ki, builki olimpiada və müsabiqələrin keçirilməsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edildiyindən işə 10 May ərəfəsində başladıq və 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində qalib gəlmiş tələbələri mükafatlandırırıq. Təbii ki, olimpiada və müsabiqələrdə iştirak edən və yer tutan tələbələr böyük qürur və həyəcan hissi ilə hansı yerlərə layiq görüldüklərini gözləyirlər. Ona görə də mükafatlandırma və təltifetmə mərasiminə başlamağı məqsədəuyğun hesab edirəm.
Təqdimetmə mərasimində fakültə dekanları tərəfindən III dərəcəli, prorektorlar tərəfindən II dərəcəli, rektor Cəfər Cəfərov tərəfindən I dərəcəli diplomlar və hədiyyələr qaliblərə təqdim edilib.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov çıxış edərək olimpiada və müsabiqələrin əhəmiyyətindən danışaraq qalib tələbələri təbrik ediblər.
Qalib tələbələr sevinclərini bölüşərək belə bir şəraiti yaratdığına görə ADPU-nun rəhbərliyinə, fakültə dekanlarına və müəllimlərinə minnətdarlıqlarını bildiriblər.
Rektor Cəfər Cəfərov olimpiada və müsabiqələrin yüksək səviyyədə təşkilinə görə Elm və innovasiyalar üzrə prorektor, professor A. Zamanova və müvafiq struktur bölmələrə təşəkkür edib.
Sonda xatirə şəkli çəkdirilib.
ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, riyaziyyat, informatika, fizika, kimya, biologiya, psixologiya üzrə keçirilmiş olimpiadaların və təsviri incəsənət, musiqi üzrə keçirilmiş müsabiqələrin qalibləri
I dərəcəli
Azərbaycan dili Həsənova Nərmin
Təsviri incəsənət Məmmədova Nərgiz
Musiqi Adıgözəlov İsa. Ağayeva Aygün
II dərəcəli
Azərbaycan dili Qurbanova Gültac
Riyaziyyat Abdulzadə Lalə
İnformatika Kiçibəyova Vəfa
Azərbaycan coğrafiyası Babayev Cavid
Biologiya Məlikov Əzizağa
Fizika Bağırov Məmmədbağır
Psixologiya Rəhimli Ləman
Təsviri incəsənət Quluzadə Zəhraxanım
Musiqi Şahbazova Gülsənəm
III dərəcəli
Fizika Rzayeva Aytac
Azərbaycan dili Mayılov Zəka
Riyaziyyat Salmanlı Salman, Xələfova Aytac
İnformatika Abbaszadə Zərbab, Rəhmanova Günel
Azərbaycan coğrafiyası Ağayev Tərlan, Həsənov Elsevər
Azərbaycan tarixi Mustafayeva Rəvanə, Şükürov Elmir
Kimya Ağamalıyeva İlahə, Məmmədova Bahar
Psixologiya Quliyeva Mədinə, Əliyeva Zinyət
Təsviri incəsənət Əkbərova İranə, Rəhimova Elnarə
Musiqi Məhərrəmova Səkinə

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun tələbələri olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıblar

ADPU-nun tələbələri olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıblar

ADPU-nun tələbələri olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıblar

Oxşar xəbərlər