ADPU-da “Gələcəyin müəllimi” II musiqi müsabiqəsinin qala konserti olub

ADPU-da “Gələcəyin müəllimi” II musiqi müsabiqəsinin qala konserti olub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəblə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gələcəyin müəllimi" II musiqi müsabiqəsinin qala konserti keçirilib.
Tədbirdə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva iki ali təhsil müəssisəsinin birgə layihəsi əsasında artıq ikincisi keçirilən bu unikal müsabiqənin gələcəyin musiqi müəllimlərinin stimullaşdırılması və onların peşəkar inkişafına dəstək baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Müsabiqədə iştirak edən ADPU və ADMİU tələbələrinə diplom və sertifikatlar təqdim olunub.
Müsabiqənin yekun nəticəsinə əsasən, “Duet və ya ansambl” nominasiyası üzrə musiqi müsabiqəsinin Qran-pri mükafatını ADMİU-nun tələbəsi, fleyta ifaçısı Rəhilə Nəzərova qazanıb.
“Duet və ya ansambl”, “Müəllim–tələbə dueti”, “Solo alətlər” nominasiyaları üzrə müsabiqənin digər qalibləri də mükafatlandırılıblar.
Sonra qaliblərin qala konserti olub.

Tehsil-press.az



Oxşar xəbərlər