Fransanın keçmiş baş nazirinin 5 il həbsi tələb edilir

Fransanın keçmiş baş nazirinin 5 il həbsi tələb edilir Fransa Baş Prokurorluğu ölkənin keçmiş baş naziri Fransua Fiyonun 5 il həbsini və 375 min avro cərimələnməsini tələb edib.
Bu barədə “Frans Press” məlumat yayıb. Prokurorluq Fiyonun cəzasının 5 ilinin bir ilini həbsdə, qalanını isə elektron qolbaqla ev dustaqlığında çəkməsini tələb edir.
Noyabrın 15-də Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş baş naziri Fransua Fiyonun işi üzrə apellyasiya prosesinə başlayıb.
2020-ci ilin iyununda Paris məhkəməsi Fiyonu dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilib və üç il şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edib. Bundan başqa, Fiyon 375 min avro cərimə cəzasına məhkum edilib və ona 10 il müddətinə seçkili vəzifə tutmaq qadağan edilib. Fiyonun həyat yoldaşı Penelopa dövlət vəsaitlərinin mənimsənilməsinə şərik olmaqda və gizlətməkdə təqsirli bilinib. O, şərti olaraq üç il həbs cəzası və 375 min avro pul cəzası alıb.
Fiyonun müdafiəsi hökmü ədalətsiz hesab edib və apellyasiya şikayəti verilib. Apellyasiya prosesi noyabrın 30-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər