ABŞ Rusiya əleyhinə yeni sanksiyalar paketini açıqladı

ABŞ Rusiya əleyhinə yeni sanksiyalar paketini açıqladı “ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə 300-ə yaxın şirkət, gəmi və təyyarələr daxil olacaq, məhdudiyyətlər ölkənin 70-ə yaxın müəssisəsini əhatə edəcək”.
Bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.
“Biz Rusiyaya iqtisadi təzyiqi təzələyəcəyik, Rusiyanın öz döyüş maşınının saxlanmasını daha da çətinləşdirmək üçün ixrac məhdudiyyətlərini genişləndirməyə davam edəcəyik”, - deyə rəsmi əlavə edib.
Ağ Ev hazırda hansı Rusiya şirkətlərinin yeni məhdudiyyətlərdən təsirlənəcəyi ilə bağlı təfərrüatları açıqlamasa da, onların Avropa, Yaxın Şərq və Asiyada mövcud sanksiyalardan yan keçməyə cəhd edənlərə təsir edəcəyini açıqlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər