
"XİN başçılarının bugünkü iclasında İrana qarşı yeni sanksiyalar paketi qəbul edilib. Aİ İran hakimiyyətinin dinc etirazçılara qarşı qəddar və qeyri - mütənasib güc tətbiq etməsini ciddi şəkildə pisləyir", - deyə məlumatda qeyd olunur.
Bununla belə İsveçin Aİ nümayəndəsi kimə qarşı yeni məhdudiyyətlərin qoyulduğunu açıqlamayıb.
Yanvarın 19-da Reuters agentliyi mənbələrə istinadən bildirib ki, Avropa İttifaqı İrana aid sanksiya siyahılarına 37 mövqe daxil etməlidir.
Tehsil-press.az