İrəvanda yenidən etiraz aksiyası keçirildi

İrəvanda yenidən etiraz aksiyası keçirildi İrəvanda etiraz aksiyası keçirilib.
Aksiya Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlunu qaçırmaqda ittiham olunan Qayane Akopyanın (Martirosyan) azad edilməsi tələbi ilə baş tutub.
Etirazçılar Rusiya və Fransa səfirliklərinin qarşısında da aksiyanı davam etdiriblər.
Xatırladaq ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib. Bu zaman təşkilata məxsus digər bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb. Hadisədən sonra Ermənistanda müharibə zamanı ölən hərbçilərdən birinin anası olan Q.Akopyan saxlanılıb.

Tehsil-press.az



Oxşar xəbərlər